Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Almaniya Rusiyaya qarşı sanksiya tələb etdi

Флаг Германии перед зданием Бундестага в Берлине, фото из архива
Флаг Германии перед зданием Бундестага в Берлине, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Əgər Avropa İttifaqının ölkələri Berlinin təklifini dəstəkləyərsə, o zaman bu, birliyin kiberhücumlara görə ilk sanksiyası olacaq

BAKI, 12 iyul — Sputnik. Almaniya hökuməti iyunun əvvəlində Aİ-yə Rusiyaya qarşı birgə sanksiya tətbiq etmək təklifini irəli sürüb. Sputnik Azərbaycan bildirir ki, bu barədə Deutsche Welle bu gün məlumat yayıb.

Sanksiyalara səbəb kimi Bundestaqa genişmiqyaslı kiberhücumlar göstərilir. Berlin hesab edir ki, bunda Moskva günahkardır. Qeyd olunur ki, təklifi ölkə parlamentinin Solçular partiyasından olan fraksiyası verib. Qərarı “kəşfiyyat xidmətləri, eləcə də əlçatan digər mənbələrdən alınan materiallar”la əsaslandırıblar.

Nəşr qeyd edir ki, əgər Avropa İttifaqının ölkələri Berlinin təklifini dəstəkləyərsə, o zaman bu, birliyin kiberhücumlara görə ilk sanksiyası olacaq. Yeni anti-Rusiya sanksiyalarının yeridilməsi barədə yekun qərar hələ qəbul edilməyib.

Mayın 8-də alman müstəntiqlər demişdilər ki, Almaniya Kansleri Angela Merkelin elektron poçtunun 2015-ci ildə sındırılmasında rusiyalı hakerlərin əli ola bilər. Guya Kanslerin 2012-ci ildən parlament bürosundan yazdıqları məktublar Rusiya hərbçilərinin əlinə keçib. Bildirilirdi ki, kiberhücum Bundestaqda İkinci Dünya Müharibəsində Qələbənin 70-ci ili münasibətilə bayram keçirilməsi zamanı baş tutub.

Mayın 5-də Almaniya Federal Prokurorluğu Rusiya kəşfiyyat xidmətinin maraqlarına uyğun olaraq Bundestaqa kiberhücum etməkdə şübhəli bildiyi Dmitri Badinin həbsinə order verib. Qurumun versiyasına görə, 2015-ci ilin aprelində D.Badin guya Rusiya Kəşfiyyat İdarəsinə məxsus Fancy Bear haker qrupu ilə birlikdə parlamentin kompüter şəbəkəsini sındırıb.

Xəbər lenti
0