BAKI, 10 iyul — Sputnik. Son zamanlar nüvə qarşıdurması riski əhəmiyyətli şəkildə artıb. ABŞ strateji sabitlik terminindən imtina edir. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bildirib.
"Son zamanlar nüvə qarşıdurması riskinin əhəmiyyətli dərəcədə artması ilə razıyam. Təhlükəsizlik, beynəlxalq strateji sabitlik sahəsində vəziyyət deqradasiyaya uğrayıb. Səbəblər hamıya məlumdur: ABŞ qlobal dominantlığı özünə qaytarmaq istəyir və onlar böyük güclərin rəqabəti adlandırdıqları şeydə qələbə qazanmaq istəyirlər. Onlar strateji sabitlik terminindən imtina edir, onu strateji rəqabət adlandırılar. Onlar qələbə qazanmaq istəyirlər", - deyə Rusiya XİN rəhbəri qeyd edib.
O vurğulayıb ki, ABŞ silahlanmalara nəzarətə dair bütün arxitekturanın demontaj edir.