BAKI, 8 iyul – Sputnik. Televiziya aparıcısı Yelena Malışeva Instagram-dakı səhifəsində Rusiyada koronavirus epidemiyasının ötüb keçdiyini və ikinci dalğanın olmayacağını bildirib.
O qeyd edib ki, ölkədə keçirilən testlərin sayı artır, ölüm halları isə yoxdur. Malışevanın sözlərinə görə, koronavirus infeksiyasına yoluxmuş şəxs xəstəliyi iki-üç nəfərə, qızılcaya yoluxan isə 16 nəfərə keçirir.
Посмотреть эту публикацию в Instagram
Hazırda Yelena Malışeva hələ də sərt karantin tədbirlərinin görüldüyü Nyu-Yorkdadır.
Rusiya ərazisində yeni növ koronavirusa yoluxma halı ilk dəfə bu il yanvarın 31-də Çin vətəndaşında qeydə alınıb. Martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusu pandemiya elan edib.
Rusiyada önləyici tədbirlər kimi qeyri-iş günləri elan olunub, bir sıra regionlarda özünütəcrid rejimi tətbiq edilib, hava əlaqəsi dayandırılıb və dövlət sərhədləri bağlanıb.