Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Zaxarova: "Bütün dünyanın informasiya təhlükəsizliyi riskdədir"

© Photo : Foreign Ministry of the Russian Federation / Mediabanka keçidОфициальный представитель Министерства иностранных дел России Мария Захарова
Официальный представитель Министерства иностранных дел России Мария Захарова - Sputnik Azərbaycan
Abunə olmaq
Onun sözlərinə görə, "Amerikadakı seçkilər qlobal problemdir və indi əvvəlkindən daha böyük miqyasda üzə çıxır".

BAKI, 7 iyul — Sputnik. Amerikadakı seçkilər əvvəllər olduğu kimi ayrı-ayrı bölgələri və ölkələri deyil, bütün beynəlxalq informasiya məkanını çulğalayır, bütün dünyanın informasiya təhlükəsizliyi risk altındadır.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin təşkil etdiyi "Dünya 2020-ci ildə medianın gözü ilə" adlı onlayn konfransda deyib.

Onun sözlərinə görə, "Amerikadakı seçkilər qlobal problemdir və indi əvvəlkindən daha böyük miqyasda üzə çıxır".

"ABŞ-da elektoral dövrlər burulğan kimi bütün beynəlxalq və dünya informasiya məkanını özünə çəkir. Artıq regionlar, ayrı-ayrı ölkələr deyil, ümumilikdə bütün dünya ABŞ-dakı növbəti elektoral dalğanın girovuna çevrilir", - Zaxarova qeyd edib.

"Bu gün bütün dünyanın informasiya təhlükəsizliyi riskdədir. Bu, vacib və təhlükəli bir tendensiyadır", - diplomat xəbərdarlıq edib.

Xəbər lenti
0