Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Türkiyə "S-400"ləri sınaqdan keçirdi - ABŞ qırıcılarına qarşı

© Sputnik / Aleksandr KryazhevТранспортно-пусковая установка зенитного ракетного комплекса С-400 "Триумф" на военном параде на Красной площади, фото из архива
Транспортно-пусковая установка зенитного ракетного комплекса С-400 Триумф на военном параде на Красной площади, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"S-400 Triumf" Rusiya istehsalı olan qısamənzilli və ortamənzilli zenit-raket kompleksidir. Bu sistem bütün müasir və perspektiv hava-kosmik hücum vasitələrinin məhv edilməsi üçün nəzərdə tutulub

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 7 iyul — Sputnik. Türkiyə Mürdət aviabazasında Rusiya istehsalı olan "S-400 Triumf" zenit-raket komplekslərini "F-16 Fighting Falcon" və "F-4 Phantom II" qırıcılarına qarşı sınaqdan keçirməyə davam edir. Bu barədə Sputnik Azərbaycan "Fighter Jets World"ə istinadən xəbər verir.

Məlumata əsasən, sınaqlar zamanı qırıcılar yüksək və alçaq hündürlükdə uçuşlar həyata keçirir. Zenit-raket sistemlərinin sınaqlarının bu ilin noyabr ayında bitirilməsi planlaşdırılır.

Qeyd edək ki, 2019-cu ilin noyabrında YouTube portalında Türkiyənin Ankara vilayətində Rusiya istehsalı "S-400" zenit-raket komplekslərinin 4-cü nəsil "F-16 Fighting Falcon" vasitəsilə sınaqdan keçirilməsinə dair görüntülər yayımlanmışdı.

Xatırladaq ki, "S-400 Triumf" Rusiya istehsalı olan qısamənzilli və ortamənzilli zenit-raket kompleksidir. Bu sistem bütün müasir və perspektiv hava-kosmik hücum vasitələrinin məhv edilməsi üçün nəzərdə tutulub.

Ankara və Vaşinqtonun münasibətlərində böhrana səbəb olan Rusiya istehsalı "S-400" zenit raket komplekslərinin tədarükü ötən ilin iyulun ortalarında başlayıb.

Birləşmiş Ştatlar bu sövdələşmədən imtina etməyi və əvəzində "Patriot" komplekslərini təklif edib. Vaşinqton bu məsələ ilə bağlı Türkiyəni "F-35" tipli qırıcıların satışını gecikdirmək və ya tamamilə dayandırmaqla, həmçinin sanksiyalarla hədələyib. Ankara güzəştə getməkdən imtina edib.

Qeyd edək ki, bu il Rusiya Türkiyəyə 2,5 milyard dollar qarşılığında dörd ədəd "S-400" divizionu tədarük edib. Tərəflər arasında müqavilədə daha bir divizion komplektinin də tədarükünün ola biləcəyi müddəası yer alır.

 

Xəbər lenti
0