BAKI, 7 iyul — Sputnik. Göyərtəsində Rusiya tankları olan gəmi Suriya istiqamətində üzən yerdə görülüb. Sputnik Azərbaycan xəbər verir ki, bunu müşahidəçi və fotoqraf Yörük İşık öz "Twitter" səhifəsində yazıb.
Fotoqrafın paylaşdığı fotolarda Bosfor boğazından keçən Rusiya Hərbi Dəniz Qüvvələrinin (HDQ) "Saratov" gəmisi görüntülənib. İşıkın sözlərinə görə, gəmi Suriyanın Tartus liman-şəhərinə istiqamətlənib. Bu şəhərdə Rusiyanın maddi-texniki bazası yerləşir.
Russia’s #Syria campaign continues: #ВМФ Project 1171 #ЧФ BlackSea Fleet 197th Landing Ship Brigade Tapir (NATO:Alligator) class tank/APC carrying LST Saratov 150 transited Bosphorus towards Med en route to Russian naval base in #Tartus (formerly 720th Logistics Support Point). pic.twitter.com/Z5d1OOGAGk
— Yörük Işık (@YorukIsik) July 5, 2020
Müşahidəçi, həmçinin qeyd edib ki, "Saratov" gəmisi tanklar da daxil olmaqla zirehli texnikaların daşınmasında ixtisaslaşıb.