Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Din xadimi: Koronavirus rusları "şeytanın elektron düşərgəsi”nə yığmaq üçün düşünülüb

© AFP 2024 / ALEXANDER NEMENOVСитуация в связи с эпидемиологической обстановкой в Москве
Ситуация в связи с эпидемиологической обстановкой в Москве - Sputnik Azərbaycan
Abunə olmaq
Sverdlovsk vilayətinin Verxnyaya Pışma məhkəməsi sximonax Sergeyi moizə zamanı yanlış məlumatların yayılmasında günahkar hesab edib

BAKI, 7 iyul – Sputnik. Sverdlovsk vilayətinin Verxnyaya Pışma məhkəməsi sximonax Sergeyi (Nikolay Romanov) moizə zamanı yanlış məlumatların yayılmasında günahkar hesab edib.

Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, məhkəmənin hakimi Aleksandra Beloşeykina din xadiminin cinayət törətməkdə təqsirli bilindiyini və ona 90 min rubl cərimə təyin edildiyini deyib.

Sximonax Sergey koronavirusun rusları "şeytanın elektron düşərgəsinə" yerləşdirmək üçün istifadə edilən "psevdopandemiya" olduğu, "özünütəcridin qanunsuz olduğu" və onun insanları "azadlıq və iş"dən məhrum etmək üçün düşünüldüyü barədə təbliğata başladıqdan sonra diqqət mərkəzinə düşüb.

Bundan sonra, Yekaterinburq yeparxiyası iyeromonaxı moizə oxumaq hüququndan məhrum edib. Arxiyeriya həmçinin Sergeyi dini xidmətdən çıxarıb. Romanova inzibati qaydada ittiham irəli sürülüb və o, hazırda kilsə məhkəməsinin himayəsi altındadır.

Xəbər lenti
0