Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Kseniyanı polis piketdə saxladı: "Əynimdə köynək vardı, amma aksiyada iştirak eləmirdim"

© Sputnik / Ekaterina Chesnokova / Mediabanka keçidТелеведущая и политик Ксения Собчак
Телеведущая и политик Ксения Собчак - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya FTX binasının qarşısında Safronova dəstək aksiyasında 15-ə yaxın şəxs, o cümlədən, Safronovun vaxtilə işlədiyi “Kommersant” qəzetinin, eləcə də Reuters-in, "Проект" nəşrinin jurnalistləri polis tərəfindən saxlanılıblar.

BAKI, 7 iyul - Sputnik. Teleaparıcı Kseniya Sobçak RİA Novosti-yə Lubyankada polis tərəfindən saxlanıldığını bildirib, amma səbəbini anlamadığını vurğulayıb.

Sobçakın sözlərinə görə, “Roskosmos” rəhbərinin dövlətə xəyanətdə ittiham olunan köməkçisi İvan Safronovun dəstəklənməsi üçün təşkil edilən piketdə isə iştirak etməyib.

“Bəli, (saxlamışdılar), biz indi səkkiz jurnalist həmkarımla polis maşınındayıq. Mənim əynimdə “İvan Safronova azadlıq” yazılmış köynək vardı, amma piketdəkilərin arasında deyildim”, - Sobçak deyib.

Teleaparıcı qeyd edib ki, onun kanalındakı “Ehtiyatlı olun, xəbər var” ("Осторожно, новости") adlı veriliş üçün hadisələri çəkir.

“Həm xəbər hazırlamağa, həm də dəstəkləməyə gəlmişdim. Təkadamlıq piketdə dayanmaq planım yox idi. Köynəyi geyindim və beləliklə bu problemə diqqət çəkmək istədim. Çünki mənə elə gəlir ki, hazırda jurnalistlərin cavab ala bilmələri çox vacibdir, yəni bunu “dövlətə xəyanət”lə pərdələyib prosesi qapalıya çevirərək bizə məlumat verməmələrinə haqq qazandırmasınlar”, - deyə Sobçak əlavə edib.

“Heç ümumiyyətlə anlamıram ki, məni niyə saxlayıblar”, - Sobçak deyib.

Rusiya FTX binasının qarşısında Safronova dəstək aksiyasında 15-ə yaxın şəxs, o cümlədən, Safronovun vaxtilə işlədiyi “Kommersant” qəzetinin, eləcə də Reuters-in, "Проект" nəşrinin jurnalistləri polis tərəfindən saxlanılıblar.  

Xatırladaq ki, Rusiyanın Kosmik agentliyi – "Roskosmos"un rəhbəri Dmitri Roqozinin informasiya siyasəti üzrə müşaviri İvan Safronov NATO-ya işləməkdə şübhəli bilinir. Bu barədə Rusiya Federal Xidmətinin yaydığı məlumatda bildirilir.

"NATO-nun xüsusi xidmətlərinin birinin tapşırıqlarını yerinə yetirən Safronov Rusiya Federasiyasının müdafiə və təhlükəsizliyi, o cümlədən hərbi-texniki əməkdaşlığa dair dövlət sirri əhəmiyyətinə malik məlumatları toplayıb, ötürüb", - məlumatda deyilir.

Faktla bağlı "Dövlətə xəyanət" maddəsi ilə cinayət işi başladılıb. Safronov 20 il müddətinə qədər azadlıqdan məhrum edilə bilər.

Hələlik isə bu gün keçirilən qapalı məhkəmədə onun iki ay müddətinə həbs edilməsinə qərar verilib. O, sentyabrın 6-dək nəzarətdə qalacaq. Safronovun vəkili İvan Pavlov deyib ki, müdafiə bu qərara etiraz edəcək.

Qeyd edək ki, İvan Safronov 2010-2019-cu illərdə "Komersant" nəşrinin müxbiri, daha sonra isə "Vedomosti" nəşrinin hərbi və kosmik sahədə ixtisaslaşmış xüsusi müxbiri olub. Bu ilin may ayının sonunda isə o, Dmitri Roqozinin müşaviri postuna təyin olunub.

Xəbər lenti
0