BAKI, 6 iyul — Sputnik. Bir sutka ərzində Rusiyada 6611 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 135 nəfər ölüb.
Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 687682-yə çatıb. Rusiyada pandemiya yayılandan 10296 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 3579 nəfər olub. Bununla da bu ölkədə virusdan sağalanların sayı 454329-u keçib.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda dünyada virusa yoluxanların sayı 11,4 milyonu keçib, 531 mindən çox adam isə virus səbəbilə ölüb.