Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin Konstitusiyaya düzəlişləri təsdiqlədi

© Sputnik / Mikhail Klimentyev / Mediabanka keçidПрезидент РФ Владимир Путин на совещании по вопросам ресурсного обеспечения технического переоснащения Вооруженных сил, 23 ноября 2017 года
Президент РФ Владимир Путин на совещании по вопросам ресурсного обеспечения технического переоснащения Вооруженных сил, 23 ноября 2017 года - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya Prezidenti Vladimir Putin Konstitusiya düzəlişlər üzrə səsverməyə və onu dəstəkləməsinə görə rusiyalılara təşəkkür edib

BAKI, 3 iyul — Sputnik. Rusiya Prezidenti Vladimir Putin ümumrusiya səsverməsi zamanı rusiyalı seçicilərinin 3/4 -nün dəstəklədiyi düzəlişlərin Konstitusiyaya daxil edilməsi ilə bağlı sərəncam imzalayıb. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.

Во время подсчета голосов по итогам голосования по поправкам в Конституцию России - Sputnik Azərbaycan
RUSİYA
Rusiyanın gələcəyini dəyişəcək nəticələr təsdiqləndi

Xatırladaq ki, Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) Konstitusiyaya düzəlişlər üzrə ümumrusiya səsverməsinin nəticələrini təsdiqləyib.

İyulun 1-i keçirilən seçkilər zamanı seçici fəallığı 67,97% olub. Seçicilərin 77,92% Rusiya Federasiyası Konstitusiyasına düzəlişlərin edilməsini dəstəkləyib.

Rusiya Federasiyası Konstitusiyasına dəyişikliklərin əlavə edilməsi üzrə ümumi Rusiya üzrə səsvermə 22 aprel tarixinə təyin edilmişdi, amma ölkədə epidemioloji vəziyyətə görə daha sonraya təxirə salınmışdı. Daha sonra Rusiya Prezidenti Vladimir Putin səsvermənin 1 iyulda keçiriləcəyini bəyan etmişdi. İyunun 25-dən 30-na qədər keçən və məsafədən təşkil edilən səsvermədə isə iki pilot regionun – Moskva və Nijeqorod vilayətlərinin sakinləri iştirak edə biliblər.

Konstitusiyaya dəyişikliklər nəticələrin rəsmi elan olunduğu gündən etibarən qüvvəyə minəcək.

Ötən gün isə Rusiya Prezidenti Vladimir Putin Konstitusiya düzəlişlər üzrə səsverməyə və onu dəstəkləməsinə görə rusiyalılara təşəkkür edib. "Əleyhinə səs verənləri anlayıram, həll edilməmiş xeyli sayda problemlərimiz var. Bu həqiqətdir", - deyə Putin qeyd edib.

O vurğulayıb ki, indi düzəlişlərin lehinə səs verən vətəndaşların etimadını doğrultmaq üçün hər şeyi etmək lazımdır.

Putin qeyd edib ki, SSRİ-nin dağılmasından sonra az vaxt keçib, siyasi sistem də daxil olmaqla, müasir Rusiya formalaşma mərhələsindədir: "Biz çox şeydə hələ də həssasıq, xalq dilində desək, "tələsik edilib". Ölkəni, onun bütün institutlarını gücləndirmək üçün daxili sabitliyə və zamana ehtiyacımız var".

Xəbər lenti
0