Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Qanunsuzdur: Putin və Ruhani Amerika sanksiyalarını qınayıblar

© AP Photo / Gabriel ChaimПанорама Ракки, Сирия
Панорама Ракки, Сирия - Sputnik Azərbaycan
Abunə olmaq
Putin ABŞ-ın Suriyaya qarşı sanksiyalarını qanunsuz adlandırıb. İran da Amerika sanksiyalarını qınayıb

BAKI, 1 iyul — Sputnik. ABŞ-ın Suriyaya qarşı sanksiyaları qanunsuzdur, problemlər yaradır və ölkənin iqtisadiyyatına xələl gətirir.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin İran və Türkiyə prezidentləri ilə çərşənbə günü Suriyaya dair keçirilmiş videosammitdə deyib. 

Sammit Tehranda keçirilməli idi, ancaq koronavirus səbəbiylə təxirə salınıb.

"BMT-dən yan keçərək tətbiq edilən sanksiyalar əlavə problemlər yaradır, onlar da qanunsuzdur. Sanksiyaların bu ölkəyə (Suriya – red.) tətbiq etdiyi təzyiqləri nəzərə alaraq səylərimizi cəmləşdirməli və bu ölkəyə kömək məqsədi daşıyan tədbirlər görməliyik", - Putin deyib.

İran da ABŞ-ın Suriyaya qarşı sanksiyalarını pisləyib. RİA Novosti xəbər verir ki, İran Prezidenti Həsən Ruhani videosammitdə Tehranın Dəməşqə dəstəyini davam etdirmək niyyətində olduğunu bildirib.

"Amerika dövlətinin bu addımı (Suriyaya qarşı birtərəfli sanksiyalar - red.) beynəlxalq humanitar qanunun pozulmasıdır. İran İslam Respublikası suveren millətlərə qarşı istənilən sanksiyaları pisləyir və İranın Suriya xalqına dəstəyini davam etdirəcəyini vurğulayır", - Ruhani deyib.

Xəbər lenti
0