Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Açıq-aşkar feyk: ABŞ kəşfiyyatı Rusiyanın taliblərlə “sözləşmə” xəbərini etibarsız saydı

Abunə olmaq
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Amerika kəşfiyyatı Rusiyanın hərbi kəşfiyyatının taliblərlə bağlı döyüşçülərə Əfqanıstanda ABŞ hərbçilərinə hücum etmək üçün mükafat təklif etdiyi haqda yayılan məlumatı etibarsız adlandırıb.

Moskvanın Rusiyada qadağan edilən “Taliban” hərəkatı ilə mifik “sözləşmə”si haqda məlumat daha öncə ABŞ-ın The New York Times qəzetində dərc edilmişdi. Material heç bir dəlil təklif etmir, sadəcə Amerika xüsusi xidmətlərində anonim mənbələrə istinad etdiyini yazır. Rusiyanın Xarici İşlər Nazirliyi məqaləni dərhal təkzib edib və onu nə az, nə çox - “tullantı” adlandırıb. Donald Tramp da məqaləni tənqid edib. O bəyan edib ki, məqalə “sifarişli”dir və “respublikaçıları pisləmək” cəhdidir. Hətta taliblər belə özlərini təmizə çıxartmağa çalışıblar: onlar rəsmi təkzib yayıblar. The New York Times jurnalistlərinin növbəti fantaziyaları haqda daha ətraflı videomuzda izləyin.

Xəbər lenti
0