BAKI, 30 iyun — Sputnik. Rusiyada tədris ili sentyabrın 1-dən başlayacaq və uşaqlar məktəbə gedəcəklər.
Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə ölkənin Təhsil naziri Sergey Kravtsov bildirib. "Uşaqlar məktəbə gedəcəklər. Biz buna hazırlaşırıq", - deyə o əlavə edib. Təhsil nazirinin sözlərinə görə, məktəblərdə koronavirusla bağlı sərt anti-epidemioloji qorunma tədbirləri həyata keçiriləcək.
Daha əvvəl isə Kravtsov qeyd etmişdi ki, Rusiya vahid dövlət imtahanlarına hazırdır.