BAKI, 24 iyun — Sputnik. Bir sutka ərzində Rusiyada 7176 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 153 nəfər ölüb.
Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 606881-ə çatıb. Rusiyada pandemiya yayılandan 8513 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 12393 nəfər olub. Bununla da bu ölkədə virusdan sağalanların sayı 368822 mini keçib.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda dünyada virusa yoluxanların sayı 9,2 milyonu keçib, 474 mindən çox adam isə virus səbəbilə ölüb.