BAKI, 22 iyun — Sputnik. Rusiya Silahlı Qüvvələrinin hazırkı tərkibdə əsgər və zabitləri ölkənin müdafiəsini və təhlükəsizliyini etibarlı şəkildə təmin etmək vəzifələrini layiqincə yerinə yetirirlər. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın Prezidenti Vladimir Putin bildirib.
O qeyd edib ki, hərbçilərin müasir nəsli ənənələrə sadiqliyini də qoruyur: "Biz bilirik ki, ölkənin müdafiəsi və təhlükəsizliyi etibarlı şəkildə təmin olunur".
Xatırladaq ki, Putin bu gün ölkənin Silahlı Qüvvələrinin məbədinə və "Yaddaş yolu" muzey kompleksinə baş çəkib.