Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ruslar ABŞ-ın sanksiyalarını aşmağın yolunu tapdılar

© Sputnik / Ilya Pitalev / Mediabanka keçid"Şimal axını – 2" qaz kəmərinin tikintisi
Şimal axını – 2 qaz kəmərinin tikintisi - Sputnik Azərbaycan
Abunə olmaq
"Qazprom"a məxsus boruçəkən "Akademik Çerski" artıq Rusiyada fəaliyyət göstərən "STIF" fondunun balansına keçirilib

BAKI, 20 iyun — Sputnik. "Şimal axını – 2" qaz kəməri praktiki olaraq hazırdır, ABŞ-ın vəziyyətə təsir etmək üçün imkanları qalmayıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı "Die Welt" nəşri yazıb.

Nəşr vurğulayır ki, Vaşinqton qaz kəmərinin tikintisinə mane olmağa çalışırdı, lakin Moskva sanksiyaları aşmaq imkanını tapdı. Belə ki, "Qazprom"a məxsus boruçəkən "Akademik Çerski" artıq Rusiyada fəaliyyət göstərən "STIF" fondunun balansına keçirilib. Bu isə sanksiyalara düşmədən qaz kəmərini tikməyə imkan verəcək.

Xatırladaq ki, 1220 kilometr uzunluğundakı "Şimal axını-2" qaz boru kəməri Baltik dənizindən keçməklə Rusiyadan Almaniyaya ildə 55 milyard kubmetr qaz nəql etmək gücünə malik olacaq. Rusiyanın enerji nəhəngi "Qazprom" bəyan edib ki, "Şimal axını-2" layihəsi 2020-ci ilin sonunadək başa çatdırılacaq.

Xəbər lenti
0