Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Volqoqradda azərbaycanlı tələbəni qətlə yetirdilər – Səfirlik işə qarışdı

© Photo : AZƏRTACAzərbaycanın Rusiyadakı səfirliyi
Azərbaycanın Rusiyadakı səfirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
İyunun 13-də Volqoqrad şəhərinin Voroşilovski rayonunda Azərbaycan vətəndaşı Timur Qavrilovun meyiti tapılıb

BAKI, 15 iyun — Sputnik. Azərbaycanın Rusiyadakı Səfirliyi iyunun 13-də Volqoqrad şəhərində azərbaycanlı tələbənin qətlə yetirilməsi ilə bağlı məlumat yayıb.

Мужчина, держащий нож за спиной, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Yeyib-içmək məclisi ölümlə bitdi: Gəncədə qətl törədilib

Səfirliyin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir: "13 iyun 2020-ci il tarixində Rusiyanın Volqoqrad şəhərində təhsil alan Azərbaycan Respublikasının vətəndaşı Timur Valeri oğlu Qavrilovun qətlə yetirilməsi ilə bağlı məlumat Səfirliyə daxil olan kimi tərəfimizdən dərhal Rusiya Federasiyasının İstintaq komitəsinin Volqoqrad vilayəti üzrə Baş idarəsinə rəsmi məktub göndərilib.

Bundan əlavə, cari ilin 14 iyun tarixində Səfirlik mərhumun Gəncə şəhərində yaşayan anası və Rusiya Federasiyasının İstintaq komitəsinin Volqoqrad vilayəti üzrə Baş idarəsinin müstəntiqləri ilə əlaqə saxlayıb.

Bildiririk ki, hadisə ilə bağlı cinayət işi qaldırılmış və məsələ Səfirliyin ciddi nəzarəti altındadır.

İstintaqın gedişatı ilə əlaqədar ictimaiyyətə əlavə məlumat verilicək”.

Qeyd edək ki, iyunun 13-də Volqoqrad şəhərinin Voroşilovski rayonunda Azərbaycan vətəndaşı Timur Qavrilovun meyiti tapılıb. Tələbə yataqxanasının yanında xüsusi amansızlıqla qətlə yetirilən Azərbaycan vətəndaşının 17 yaşı olub. O, Volqoqrad Tibb Universitetində təhsil alırmış.

Məlum olub ki, dostugildən gələn Timur naməlum şəxs tərəfindən 20 bıçaq zərbəsi ilə qətlə yetirilib. Cinayəti törədən şəxs hadisə yerindən qaçıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Xəbər lenti
0