BAKI, 14 iyun — Sputnik. Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın onlarla şəhərində alovlanan iğtişaşları şərh edib.
Sputnik Azərbaycan-ın məlumatına görə, onun "Rossiya-1" telekanalına müsahibəsinin bir hissəsini Kreml pulunun jurnalisti Dmitri Smirnov özünün Telegram kanalında yayımlayıb.
"Prezident deyir ki, "bunu belə edin", yerlərdəki qubernatorlar isə "Rədd ol" cavabını verirlər", - Rusiya Prezidenti söyləyib.
Rusiya liderinin sözçüsü Dmitri Peskov bu günlərdə qeyd etmişdi ki, Kreml ABŞ-dakı iğtişaşları diqqətlə izləyir, ancaq Rusiyanın bunlarda əli olduğunu demək yanlış fikirdir. "Biz heç vaxt Amerikanın işlərinə qarışmamışıq və indi də belə niyyətim yoxdur", - Peskov vurğulayıb.
Minnesota ştatının Minneapolis şəhərində qaradərili Corc Floydun həbs zamanı polis tərəfindən öldürülməsindən sonra ABŞ-ın onlarla şəhərində etiraz aksiyaları başlayıb. Bir müddət sonra etirazlar iğtişaşlara çevrilib. Los-Anceles, San-Fransisko, Denver, Nyu-York, İndianapolis, Boston, Detroytla yanaşı, dünyanın başqa ölkələrində də irqçiliyə və polis zorakılığına qarşı etiraz aksiyaları keçirilir.