Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ağciyərlər koronavirusdan sonra necə bərpa olunur?

© REUTERS / BENOIT TESSIERКабинет компьютерной томографии, фото из архива
Кабинет компьютерной томографии, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Karabinenkonun sözlərinə görə, ağciyər toxumaları zamanla özləri bərpa oluna bilir, ancaq bu müddət hər bir insanın orqanizminin fərdi xüsusiyyətlərindən asılıdır

BAKI, 14 iyun — Sputnik. Koronavirusdan sağalanların ağciyərləri çox uzun müddət ərzində bərpa olunur. Bunu Sputnik radiosuna açıqlamasında Piroqov adına Rusiya Milli Tibbi Tədqiqat Universitetinin professoru, pulmonoloq Aleksandr Karabinenko deyib.

Mütəxəssis qeyd edib ki, infeksiya səbəbindən insanın tənəffüs sisteminin işi çətinləşir və onun ağciyərləri zədələnir. Xəstələndikdən sonra ağciyərlərdə fibroz dəyişikliklər əmələ gəlir.

“İnsanlarda struktur dəyişikliyi baş verir, bunlar isə uzunmüddətli bərpa tələb edir”, - həkim qeyd edib. 

Karabinenkonun sözlərinə görə, ağciyər toxumaları zamanla özləri bərpa oluna bilir, ancaq bu müddət hər bir insanın orqanizminin fərdi xüsusiyyətlərindən asılıdır.

Bir müddət öncə isveçli həkimlər zədələnmiş ağciyər toxumalarını kök hüceyrələri ilə müalicə etməyi təklif etmişdilər. Qeyd olunurdu ki, kök hüceyrələr immun sisteminin kəskin respirator distress sindroma, yəni ağciyərlərin qanı oksigenlə təmin edə bilməməsinə səbəb olan kəskin reaksiyasını əngəlləməyə qadirdir.

Xəbər lenti
0