Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Son xəbərlər bayramlarını qara gətirdi

© Sputnik / Valeriy Melnikov / Mediabanka keçidМедицинский работник и пациентка на территории Московского карантинного центра по коронавирусу в Коммунарке
Медицинский работник и пациентка на территории Московского карантинного центра по коронавирусу в Коммунарке - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda dünyada virusa yoluxanların sayı 7,5 milyonu keçib, 420 mindən çox adam isə virus səbəbilə ölüb.

BAKI, 12 iyun — Sputnik. Bir sutka ərzində Rusiyada 8987 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 183 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 511423-ə çatıb. Rusiyada pandemiya yayılandan 6715 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 8220 nəfər olub. Bununla da bu ölkədə virusdan sağalanların sayı 269370-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda dünyada virusa yoluxanların sayı 7,5 milyonu keçib, 420 mindən çox adam isə virus səbəbilə ölüb.

Qeyd edək ki, bu gün şimal qonşumuz Rusiya Gününü qeyd edir.

Xəbər lenti
0