BAKI, 12 iyun — Sputnik. Rusiyanın Taqanroq şəhərində evlərdən birinin sakinləri əmindirlər ki, onların evində ruh yaşayır. Sputnik Azərbaycan "Komsomolskaya Pravda.Rostov"a istinadən xəbər verir ki, ev sakinləri ruha artıq Zatan adı da veriblər.
Ev sahiblərinin sözlərinə görə, onların evinin kranlarının bağlı olmasına baxmayaraq müntəzəm olaraq evi su basır, özləri isə təhdidlərlə dolu mesajlar alırlar. Bundan əlavə, ruh onları pivə içməyə məcbur edərək alkoqolizmə meyl etdirir. Əgər əmrlər yerinə yetirilməsə, evdə əşyalar uçmağa başlayır, mebellər isə tərsinə çevrilir. Ev sahibi Dmitri ruhun ona zərbələr endirdiyini də bildirib.