BAKI, 10 iyun - Sputnik. Bir çox həkimlər tez-tez dondurma yeməyi tövsiyə etmirlər. Lakin yalnız müəyyən hallarda yeyilən dondurmanın sayına fikir vermək lazımdır. Bunu, məsələn, həddindən çox karbohidrat yeməmək üçün etmək olar. Sputnik radiosunda verdiyi müsahibədə tibb jurnalisti, həkim-terapevt Olqa Kaşubina bu fikirləri işlədib.
"Dondurmadan gələn ən böyük ziyan içindəki şəkərdir. Söhbət o haldan gedir ki, insan tamamilə sağlamdır və onda soyuğa qarşı heç bir əks-göstəriş yoxdur, məsələn, dişləri və damaqları xəstə deyil. Dondurma yeyəndə şəkərin miqdarına fikir vermək lazımdır. Sadəcə gündəlik normanı keçməmək üçün. Əgər qidalanmaya nəzarət edirsinizsə, dondurmanın sayını azaltmaq lazımdır. Bu, şirin məhsuldur, onu desert kimi yemək lazımdır", - həkim deyib.
Terapevtin sözlərinə əsasən, şəkərə görə dondurma azyaşlı uşaqlar üçün çox da faydalı deyil.
"Dondurma dişlərin sağlamlığına çox pis təsir edə, kariesə səbəb ola bilər. Ona görə də uşağa dondurma yedirdikdən sonra ən azından onun dişlərini təmizləməlisiniz", - Kaşubina bildirib.
Dondurmanın daha bir ziyanı tərkibindəki laktozadır.
"Əgər südlə bağlı problemləriniz varsa və bunun səbəbi sizdə laktoza fermentinin çatışmazlığıdırsa, dondurmadan sonra siz bağırsağınızda xoşagəlməz simptomlar hiss edə bilərsiniz. Bu halda az dondurma yemək məsləhətdir. Əgər südə qarşı allergiyanız yoxdursa, bu təhlükəli deyil. Lakin bir qayda olaraq südə allergiyası olanlar heç vaxt dondurma yemirlər", - Kaşubina əlavə edib.
Onun sözlərinə görə, isti havada dondurma yemək sağlamlığıa heç bir təsir göstərmir.
"Dondurma bədənin hərarətini o dərəcədə salmır ki, insan hərarət dəyişməsindən əziyyət çəksin. Səsin boğuq çıxması səs tellərinin donması ilə bağlıdır. Bu, sağlamlıq üçün təhlükəli deyil və əhvalınıza heç bir təsir göstərməyəcək ", - terapevt deyib.