Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyalı alimlər suyu yeni üsulla təmizləməyi öyrəniblər

© AP Photo / Antonio CalanniВода, фото из архива
Вода, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Belə bir sorbent filtrlərdə doldurucu kimi istifadə edilə və ya çirklənmiş suya əlavə edilə bilər. İstismardan sonra material yüksək sıxlıqlı keramika ilə bitişdiriləcək və təhlükəsiz yerə göndəriləcək.

BAKI, 9 iyun — Sputnik. Rusiyanın Uzaq Şərq Federal Universitetinin və Rusiya Elmlər Akademiyası Uzaq Şərq Bölməsinin Kimya İnstitutunun mütəxəssisləri suyun radioaktiv tullantılardan yeni təmizləmə üsulunu öyrəniblər.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiya alimləri suyun təmizlənməsi üçün "volfram tunc" kompozit tozu əsasında sorbentin sintezinə əsaslanan texnologiyadan istifadə etməyi təklif ediblər.

Belə bir sorbent filtrlərdə doldurucu kimi istifadə edilə və ya çirklənmiş suya əlavə edilə bilər. İstismardan sonra material yüksək sıxlıqlı keramika ilə bitişdiriləcək və təhlükəsiz yerə göndəriləcək.

Gözlənildiyi kimi, yeni texnologiya suyun sezium və stronsium radionuklidlərindən təmizlənməsinə, həmçinin maye radioaktiv tullantıların emalına kömək edəcək. Xüsusilə texnogen fəlakətlərin aradan qaldırılması zamanı belə sorbentlər tətbiq oluna bilər.

Xəbər lenti
0