Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya xarici vətəndaşlar üçün sərhədi açır

© Sputnik / Maksim Blino / Mediabanka keçidПассажиры с багажом в аэропорту
Пассажиры с багажом в аэропорту - Sputnik Azərbaycan
Abunə olmaq
Xarici ölkə vətəndaşları da tibbi məqsədlər üçün Rusiyaya səfər edə biləcəklər. Mişustin qeyd edib ki, müvafiq qərarlar artıq imzalanıb

BAKI, 8 iyun — Sputnik. Rusiyalılar yaxınlarına baxmaq, müalicə, işləmək və təhsil almaq üçün xaricə səfər edə biləcəklər. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın Baş Naziri Mixail Mişustin koronavirusla mübarizə üzrə koordinasiya şurasının prezidiumunda bildirib.

O həmçinin bildirib ki, xarici ölkə vətəndaşları da tibbi məqsədlər üçün Rusiyaya səfər edə biləcəklər. O qeyd edib ki, müvafiq qərarlar artıq imzalanıb.

Eləcə də Moskvada sabahdan - iyunun 9-dan etibarən özünütəcrid, icazələr və gəzinti qrafiki ləğv olunur. Bu barədə paytaxt meri Sergey Sobyanin özünün bloqunda məlumat yayıb. Şəhərin bütün sakinləri, o cümlədən 65 yaşdan yuxarı olan şəxslər və xroniki xəstəlikləri olanlar sabahdan heç bir məhdudiyyət olmadan öz işlərinin dalınca gedə, ictimai yerlərə baş çəkə bilərlər.

Xəbər lenti
0