Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Baş ravvin də COVID-19-a yoluxdu

© Sputnik / Sergey Mamontov / Mediabanka keçidBerl Lazar
Berl Lazar - Sputnik Azərbaycan
Abunə olmaq
Həkimlər Rusiyanın baş ravvini Berl Lazara koronavirus diaqnozu qoyublar və o, artıq nəzarətə götürülüb.

BAKI, 7 iyun – Sputnik. Rusiyanın baş ravvini Berl Lazar koronavirusa yoluxub. Onun vəziyyəti təhlükəli həddə deyil. Bu barədə Rusiya Yəhudi İcmaları Federasiyasının (FEOR) ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Borux Qorin bildirib.

"Ravvin Lazara koronavirus diaqnozu qoyuldu. O, həkimlərin nəzarəti altındadır. Onun səhhəti ilə bağlı xüsusi narahatlığa əsas yoxdur”, - deyə Qorin Facebook səhifəsində bildirib.

Qeyd edək ki, yəhudiliyin hasidilik cərəyanının üzvü olan Lazar 1964-cü ildə İtaliyanın Milan şəhərində doğulub.

1991-ci ildə Moskvanın Marina Roşe sinaqoqunun ravvini olub. 15 noyabr 1999-cu ildə FEOR-un birinci qurultayda Rusiyanın baş ravvini seçilib.

Xəbər lenti
0