BAKI, 4 iyun — Sputnik. Bir sutka ərzində Rusiyada 8831 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 169 nəfər ölüb.
Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 441108-ə çatıb. Rusiyada pandemiya yayılandan 5384 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 8666 nəfər olub. Bununla da bu ölkədə virusdan sağalanların sayı 204623-ə çatıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda dünyada virusa yoluxanların sayı 6,5 milyonu keçib, 386 mindən çox adam isə virus səbəbilə ölüb.