Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Peyvənddən imtina edənləri cərimələyəcəklər

© REUTERS / IVAN ALVARADOВакцинация, фото из архива
Вакцинация, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Denis Novak: İnzibati məsuliyyət yalnız sanitar-epidemioloji nəzarət haqqında qanuna uyğun olaraq vaksinləşdirmənin məcburi olduğu hallarda yaranır.

BAKI, 31 may — Sputnik. Rusiyanın Ədliyyə Nazirliyi yeni İnzibati Xətalar Məcəlləsi layihəsində qanunvericilikdə nəzərdə tutulmuş tibbi müayinələrdən və peyvəndlərdən imtina etmək üçün yeddi min rubla (170 manat) qədər cərimənin tətbiqini nəzərdə tutub.

Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə Ədliyyə nazirinin müavini Denis Novak bildirib.

"Sanksiyalar bu və ya digər səbəbdən milli peyvəndlərin qrafikinə görə peyvənd olunmayan vətəndaşların əksəriyyətinə şamil edilməyəcək", - Ədliyyə nazirinin müavini deyib.

Məmurun sözlərinə görə, inzibati məsuliyyət yalnız sanitar-epidemioloji nəzarət haqqında qanuna uyğun olaraq vaksinləşdirmənin məcburi olduğu hallarda yaranır.

İnzibati Xətalar Məcəlləsinin hazırda fəaliyyətdə olan redaksiyası vaksinləşdirmədən imtinaya görə cəza nəzərdə tutmur.

Xəbər lenti
0