Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Moskvada ölü basdıranların atışması: yaralını da həbs etdilər – VİDEO

© Depositphotos.com / Andrey PopovВодитель достает пистолет из бардачка
Водитель достает пистолет из бардачка - Sputnik Azərbaycan
Abunə olmaq
Polis hadisənin iştirakçısı olan 4 nəfəri, o cümlədən bir nəfər yaralını saxlayıb. Məlumata görə, saxlanılanların hamısı Orenburqdan gəlib

BAKI, 24 may — Sputnik. Moskvanın Kaşirski şossesində yerləşən yaşayış kompleksinin həyətində silahlı insident olub. Avtomobil sahibləri parklanma sahəsində atışıblar.

Sputnik Azərbaycan bildirir ki, bu barədə “360”a hadisə şahidi olan bir qız danışıb.

“Yasnıy” yaşayış kompleksində atəş açılan zaman qız dostu ilə birlikdə itini gəzdirirmiş. Hadisə qızdan cəmi 1 m aralıda baş verib.

“Arxaya hərəkət edən maşın qəfil dayandı, həmin vaxt qarşıdakı avtomobildən artıq atəş açırdılar. Bu maşından da oğlanlar tökülüşüb avtomatdan cavab atəşi açdılar”, - qız deyib.

Yaşayış kompleksinin sakini olan digər qadın “360”a danışıb ki, hadisə zamanı xeyli maşına zərər dəyib. Onun sözlərinə görə, kişilərin əllərində avtomat və tapançalar olub, onların sayı 10-dan çox imiş.

Polis hadisənin iştirakçısı olan 4 nəfəri, o cümlədən bir nəfər yaralını saxlayıb. Məlumata görə, saxlanılanların hamısı Orenburqdan gəlib.

RF CM-nin 105 (“Sui-qəsd”), 222 (“Qanunsuz silah gəzdirmə”) və 213-cü (“Xuliqanlıq”) maddələri ilə cinayət işi açılıb.

Bildirilir ki, yaralanan şəxs – 37 yaşlı Nikolay Sedov – hadisədən sonra avtobus parkının ərazisində gizlənib. O, kürəyi və üzündən xəsarətlər alıb. Ümumilikdə insidentdə ov tüfəngləri ilə silahlanmış 8-dən çox adamın iştirak etdiyi deyilir. Onlar bir neçə avtomobildə hadisə yerini tərk ediblər. Şəhərdə polis əməliyyat başladıb.

Hadisənin ilkin səbəbi kimi dəfn biznesi sahəsində fikir ayrılıqları göstərilir. Bu barədə Baza Telegram kanalında məlumat yayılıb. 

Bildirilir ki, münaqişə GrandRitual və "Moskvada N1 Ayin xidməti" agentliklərinin əməkdaşları arasında başlanıb. Menecerlərdən biri külli miqdarda pulu gizlədib, insident də bundan qaynaqlanıb. Atışmada iştirak edənlər "Ford Focus" avtomobilində qaçıblar. Polislər onları haqlaya biliblər. Nəqliyyat vasitəsi isə taksi kimi qeydiyyatdan keçirilib və Keniya vətəndaşı İslam Xutsmiyevə məxsusdur.

Xəbər lenti
0