Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Sevgilisindən ayrılan azərbaycanlı müğənniyə qızlar təklif yağdırırlar

© Photo : © Instagram / jony.meАзербайджанский певец Джони (Джахид Гусейнли), фото из архива
Азербайджанский певец Джони (Джахид Гусейнли), фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bu yaxınlarda yeni hitini təqdim edən müğənni Coni (Cahid Hüseynli) sevdiyi qızdan ayrılmasından danışıb

BAKI, 24 may — Sputnik, Kəmalə Əliyeva. Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Coni (Cahid Hüseynli) öz pərəstişkarı ilə ailə qura bilər. Sputnik Azərbaycan bildirir ki, bu barədə o, Rusiyanın ENERGY radiostansiyasına müsahibəsində deyib.

“Əgər sevsəm, pərəstişkarım olan qızla evlənə bilərəm. Bu barədə bir neçə dəfə demişəm”, - Coni qeyd edib.

Onun sözlərinə görə, mahnılarının çoxunda məhz özünün gerçəkdən hiss etdiyi duyğular barədə oxuyur. Məsələn, sonuncu “Sən qəddarsan” ("Ты беспощадна") hitini də elə sevdiyi qızdan ayrıldıqdan sonra yazıb.

İfaçı müsahibə zamanı qeyd edib ki, hazırda yeni albomunun üzərində işləyir.

Coni dörd yaşı olanda valideynləri ilə birlikdə Azərbaycandan Moskvaya gedib. O, uşaqlıqdan populyar olmağı arzulayıb və nəhayət, bu arzusunu reallaşdıra bilib. Coninin sözlərinə görə, onun məşhurluğunda sosial şəbəkələrin böyük rolu olub. O, Bakıda ilk dəfə "Jara-2019" Beynəlxalq Musiqi Festivalında çıxış edib. Coni digər azərbaycanlı müğənni Elman Zeynalovun yaratdığı "Raava Music" leyblına daxildir.

2019-cu ildə Coni ВКонтакте-nin versiyasına görə “İlin tapıntısı” elan olunub, onun “Xiyaban” (“Аллея”) sinqli isə beşqat platin statusu qazanıb.

Xəbər lenti
0