Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Koronavirus Avropa İttifaqını dağıtdı – ekspert rəyləri

© AP Photo / Matt DunhamМужчина с флагами Европейского Союза (ЕС), фото из архива
Мужчина с флагами Европейского Союза (ЕС), фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyalı ekspertlər Yevgeni Mixaylovla Pavel Klaçkov əmindirlər ki, koronavirus pandemiyası Aİ-nin dağılmasına rəvac verib, indi üzv ölkələr təsir mərkəzlərini veclərinə almadan qərar verəcəklər

BAKI, 20 may — Sputnik, Aleksandra Zuyeva. İtaliya ötən həftə sərhədlərini giriş-çıxış üçün açmaq niyyətini bəyan elədi. Karantinin bu cür yumşaldılması, eləcə də ləğvi ancaq Avropa İttifaqı vətəndaşlarını əhatə edəcək.

Россия окажет помощь Италии в борьбе с COVID-19 - Sputnik Azərbaycan
RUSİYA
Avropanın vecinə olmayan sinyorlar və Rusiyadan gələn təyyarələr

Ancaq Avropada italyanların bu ideyasını bəyənməyənlər də tapıldı. Məsələn, Fransa DİN başçısı Kristof Kastaner bildirdi ki, Şengen zonasında sərhədlərin açılması Aİ səviyyəsində koordinasiya olunmalıdır. O, İtaliyanın qərarını “razılaşmaya rəvac verməyən” adlandırdı.

Maraqlıdır ki, Aİ koordinasiya və razılaşmanı ancaq indi, Avropada koronavirus böhranının bir qədər zəiflədiyi vaxt yada salıb. Bundan bir-iki ay öncə İtaliya çətin günlərin girdabında boğulanda isə hamı niyəsə ağzına su alıb oturmuşdu. Rusiya və Çin koronavirusla mübarizədə italyanlara əllərindən gələn köməyi əsirgəmədikləri halda Aİ ölkələri “xəstə” qonşularından təcrid olunaraq, yaxşı günlərin “öz-özünə” gələcəyini gözləməyi üstün tutdular.

Sputnik Azərbaycan beynəlxalq münasibətlər üzrə ekspertlərlə Avropa İttifaqında baş verənləri müzakirə edib.

Təhlükəsizlik məsələləri üzrə ekspert Yevgeni Mixaylov heç şübhə etmir ki, hazırda Roma məhz bir müddət əvvəl Brüssellə məsləhətləşmədən Moskvadan kömək aldığı üçün qınaq obyektinə çevrilib. Onun fikrincə, o vaxt avropalılar susmuşdularsa, indi İtaliyanın yenidən mərkəzlə razılaşdırmadan sərhədləri açmaq qərarını sükutla qarşılaya bilmədilər.

“Onların təsəvvüründə Aİ-yə üzv ölkənin özbaşına bir-birinin ardınca ciddi qərarlar verməsi artıq həmin dövlətin müstəqilliyini vurğulamasına bərabərdir”, - Y.Mixaylov deyib.

Siyasətçi Pavel Klaçkov da bu fikirlə razıdır. O, əmindir ki, Aİ ölkələrinin bir-birinə qarşı iradları onsuz da “bir sandığa sığmırdı”. İtaliyanın Çinlə Rusiyadan yardım alması isə əsl emosiyalar burulğanına səbəb oldu.

Əl əli yuyar: Rusiya köməyinin qarşısında ciddi partnyor qazana bilər>>

Eyni zamanda, Sputnik Azərbaycan-ın həmsöhbəti bu qarşılıqlı ittihamların dünyada hansısa yeni konfiqurasiyaya çevriləcəyini də istisna etmir.

İş burasındadır ki, Aİ ölkələrinin münasibətlərindəki çat və qırılmalar bundan belə daha da dərinləşəcək. Klaçkovun fikrincə, o zaman Brüssel bürokratiyasının yaranan şəraitdən tələsik çıxış yolları arama cəhdləri artıq heç nəyi həll etməyəcək.

“Pandemiyadan sonra Aİ-nin əvvəlki halı bərpa olunmayacaq. Bu aylar ərzində baş verənlər mütləq dünya düzəninin transformasiyasına səbəb olacaq”, - siyasətçi yekunlaşdırıb.

Y.Mixaylov isə hətta Avropa İttifaqının dağılacağını da istisna etmir: pandemiya ittifaqın fəaliyyəti kooordinasiya etmək qabiliyyətinin olmadığını üzə çıxardı və nəticədə ondan ziyan çəkən İtaliya kimi ölkələr dəhşətli virusla təkbətək qaldı.

“Çox güman ki, Avropa milli “mənzillərə” bölünəcək, onlar isə hansısa təsir mərkəzlərini veclərinə almayaraq öz ölkələri və xalqlarının xeyrinə olan qərarlar qəbul etməyə başlayacaqlar”, - deyə Mixaylov bildirib.

Xəbər lenti
0