Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Dmitri Medvedev: “Əvvəlki günlər qayıtmayacaq”

© © Sputnik/Alexander Astafyev/Pool via REUTERSRusiya baş naziri Dmitri Medvedyev, arxiv şəkli
Rusiya baş naziri Dmitri Medvedyev, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Partiya lideri qeyd edib ki, müasir texnologiyalar vacibdir, amma bu, gələcək perspektiv üçündür, çünki hazırda Rusiyada əsas məsələ - “özünütəcriddən səliqəli şəkildə çıxmaqdır”

BAKI, 19 may — Sputnik. “Vahid Rusiya” partiyasının sədri Dmitri Medvedev partiyanın seçkiqabağı platformasında ideoloji dəyişiklik etmək lazım olduğunu bildirib.

“Bizim partiya üçün indi xüsusi zaman yetişib. Yaxın vaxtlarda, MSK-dan olan həmkarlarımdan da xahiş edirəm ki, bunu da qeydə alsınlar, toplaşaraq seçkiqabağı platformada lazımi düzəlişləri və bizim istifadə etdiyimiz digər ideoloji sənədləri müzakirə etmək gərəkdir. Çünki biz pəncərədən çöldə baş verənləri müşahidə etməyə borcluyuq”, - Sputnik Azərbaycan-ın məlumatına görə, D.Medvedev “Vahid Rusiya”nın “PolitStartap” kadr müsabiqəsinin iştirakçıları ilə görüşdə deyib.

Onun sözlərinə görə, dəyişikliklər mütləq lazımdır, çünki “dünya dəyişib və əvvəlki günlər qayıtmayacaq”. Medvedev əmindir ki, əgər VR bunlara lazımi qaydada reaksiya verə bilsə, o zaman aparıcı siyasi qüvvə kimi qala biləcək.

Tədbir iştirakçıları bundan əlavə, insanları sağlam həyat tərzinə şövqləndirəcək yeni texnologiyaların tətbiqini müzakirə ediblər. Partiya lideri qeyd edib ki, müasir texnologiyalar vacibdir, amma bu, gələcək perspektiv üçündür, çünki hazırda Rusiyada əsas məsələ - “özünütəcriddən səliqəli şəkildə çıxmaqdır”.

 

Xəbər lenti
0