BAKI, 19 may — Sputnik. Rusiya Hərbi Kosmik Qüvvələrinə məxsus Mi-8 vertolyotu Moskva yaxınlığındakı Klin rayonunda eniş edərkən yerə çırpılıb.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, xəbəri ölkənin Müdafiə Nazirliyi yayıb.
Hadisə bu gün yerli vaxtla 20 radələrində olub.
“Rusiya Hərbi Kosmik Qüvvələrinə məxsus Mi-8 vertolyotu təlim-tədris uçuşunu yerinə yetirərkən Klin (Moskva vilayəti) yaşayış məntəqəsindən 20 km aralıda, insan yaşamayan ərazidə sərt eniş edib. Vertolyotun heyət üzvləri aldıqları xəsarətlərdən keçiniblər”, - məlumatda deyilir.
Nazirlik hadisə zamanı üç nəfərin öldüyünü bildirib.
Hadisə yerinə HKS-in Baş Komandanlığının komissiyası göndərilib. Bildirilir ki, Mi-8 uçuşu hərbi komplektsiz keçirib.
“İlkin məlumata görə, qəzaya səbəb texniki nasazlıq ola bilər”, - Müdafiə Nazirliyindən bildirilib.