Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

COVID-19 acizləri - "Onlar çəngəl-bıçaqla özlərinə qəbir qazırlar" - VİDEO

Yemək
Yemək - Sputnik Azərbaycan
Abunə olmaq
Həkim izah edib ki, izafi piy orqanizmdə iltihab mənbəyinə çevrilir, virus isə məhz belə hüceyrələrdə “özünə məskən salır”

BAKI, 19 may — Sputnik. Rusiyanın əməkdar həkimi, teleaparıcı Yelena Malışeva piylənməyə meylli insanların koronavirus pandemiyası zamanı risk qrupunda olduqlarını söyləyib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə o, özünün Instagram səhifəsində paylaşım edib.

Malışeva deyib ki, piylənmə, adətən, diabetə səbəb olur, bu xəstəliyi olanlar isə COVID-19 qarşısında xüsusilə zəifdirlər. Onun sözlərinə görə, diabet xəstələri koronavirus infeksiyasını çox ağır keçirirlər.

Həkim izah edib ki, izafi piy orqanizmdə iltihab mənbəyinə çevrilir, virus isə məhz belə hüceyrələrdə “özünə məskən salır”.

“Piylənməsi olan adamlarda ləng iltihab müşahidə olunur, koronavirus da ona qoşularaq həmin adamları öldürməyə başlayır”, - Malışeva qeyd edib.

Bundan əlavə, artıq çəkili insanların immuniteti də zəif olur. Həkim deyir ki, belə xəstələrdə ağ qan hissəcikləri qoruyucu funksiyanı səmərəli şəkildə yerinə yetirə bilmir, artıq qlükoza isə immunitetin əsas zülallarını “şəkərləşdirir”. Məhz bu səbəbdən də immun sistemi koronavirusla bacara bilmir.

“Buna görə də piylənmə və diabeti olanlar digərlərinə nisbətən daha çox əzab çəkirlər. Onlarda infeksiya o qədər ağır keçir ki, bu gün bizim Federal Endokrinoloji Mərkəzimizdə xüsusi bölmə yaradılıb ki, Moskvadakı bütün belə ağır xəstələr oraya köçürülə bilsinlər”, - teleaparıcı vurğulayıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Елена Малышева (@malysheva.live)

Malışeva deyib ki, qida qəbuluna rasional yanaşmaq lazımdır, çünki həddən artıq yeyənlər “bıçaq-çəngəllə özlərinə qəbir qazırlar”.

“Özünüzlə söhbət edib sadə bir şeyi dərk etməlisiniz: “Mən dayanmalıyam"”, - Malışeva izləyicilərinə müraciət edib.

Əməkdar həkim deyir ki, izolyasiya zamanı qadınlar gündə 1200, kişilər isə 1500 kalorilik baryeri aşmamalıdırlar.

“Əks halda, ümumilikdə ölüm göstəricisi çox aşağı olan koronavirus sizin üçün ölümcül infeksiyaya çevrilə bilər”, - Malışeva yekunlaşdırıb.

COVID-19 xəstəliyinin törədicisi olan SARS-CoV-2 koronavirusu ötən ilin dekabrında Çində aşkarlanıb. Martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirus epidemiyasını pandemiya elan edib. Təşkilatın son məlumatına görə, dünyada artıq 4.7 milyondan çox insan koronavirusa yoluxub, 315 mindən çox insan isə COVID-19-dan dünyasını dəyişib.

Xəbər lenti
0