Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Dağıstanda 40-dan çox həkim öldü

© Sputnik / Tatyana Makeeva / Mediabanka keçidКарета скорой помощи у Тверской областной клинической больницы
Карета скорой помощи у Тверской областной клинической больницы - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda respublikada 13 mindən çox insan sətəlcəm və COVID-19 xəstəliyindən əziyyət çəkir, onlardan 7 mini xəstəxanalardadır.

BAKI, 17 may — Sputnik. Dağıstanda 40-dan çox həkim xəstəxanadankənar pnevmoniya və koronavirusdan ölüb.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu respublikanın Səhiyyə naziri Camaluddin Qadjiimrahimov deyib.

“Həlak olan 49-dan çox həmkarımız var. Bu, həqiqətən də faciədir. Respublikanın ölən sakinlərinin doğmalarına, ailələrinə, eləcə də yaxınlarına dərin hüznlə başsağlığı verirəm”, - nazir bildirib.

Onun sözlərinə görə, hazırda respublikada 13 mindən çox insan sətəlcəm və COVID-19 xəstəliyindən əziyyət çəkir, onlardan 7 mini xəstəxanalardadır. Bundan əvvəl respublikanın Operativ Qərargahı Dağıstanda 3280 koronavirus infeksiyasının təsdiqləndiyini bildirmişdi.

Xəbər lenti
0