Azərbaycan 2020-ci ildə Ümumdünya Səhiyyə Təşkilatının hesabına 235 min ABŞ dolları məbləğində vəsait köçürüb.
Mart ayında ÜST-lə Azərbaycan arasında donor sazişi imzalanıb. Sənədə əsasən, təşkilata koronavirus pandemiyasına qarşı mübarizə aparmaq üçün könüllü şəkildə əlavə 5 milyon dollar verilib.
May ayında isə Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi pandemiyadan daha çox zərər çəkmiş hərəkat üzvlərinə kömək məqsədilə ÜST-ə 5 milyon dollar ianə ayırıb.
Koronavirusla mübarizə çərçivəsində indiyədək Ümumdünya Səhiyyə Təşkilatına 536 470 498 dollar məbləğində yardım ayrılıb.
ÜST-ə donorluq edən və ayırdığı ianənin məbləği 100 min dolları keçən ölkələrlə bağlı daha ətraflı məlumatla Sputnik Azərbaycan-ın hazırladığı infoqrafikada tanış ola bilərsiz.