Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

On mindən çox yoluxma, 100-dən çox ölü – Koronavirus bu ölkədə tüğyan edir

© Sputnik / Tatyana Makeeva / Mediabanka keçidКарета скорой помощи у Тверской областной клинической больницы
Карета скорой помощи у Тверской областной клинической больницы - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyada pandemiya yayılandan 2418 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 4696 nəfər olub

BAKI, 15 may — Sputnik. Bir sutka ərzində Rusiyanın 84 regionunda 10 min 598 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 113 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 262843-ə çatıb.

Rusiyada pandemiya yayılandan 2418 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 4696 nəfər olub. Bununla da bu ölkədə virusdan sağalanların sayı 58226-ya çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 4,4 milyonu keçib, 302 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0