Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada koronavirus xəstələrinin müalicə olunduğu xəstəxanada yanğın – Ölənlər var

Abunə olmaq
Ümumilikdə 150 nəfər xəstəxanadan təxliyə olunub. Yanğının səbəbi kimi elektrik avadanlıqlarında nasazlıq ola bilər

BAKI, 12 may — Sputnik. Sankt-Peterburqda yerləşən xəstəxanalardan birində yanğın baş verib. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, yanğın şəhərin Vıborq rayonunda yerləşən xəstəxanada baş verib.

Regional Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumata görə, yanğın koronavirus xəstələrinin müalicə aldığı Müqəddəs Georgi xəstəxanasında baş verib.

İlkin məlumata görə, yanğın nəticəsində azı 5 nəfər ölüb. Yanğını söndürmək mümkün olub. Ümumilikdə 150 nəfər xəstəxanadan təxliyə olunub. Yanğının səbəbi kimi elektrik avadanlıqlarında nasazlıq ola bilər.

Qeyd edək ki, mayın 9-u COVID-19 xəstələrinin müalicə olunduğu Moskvada № 50 xəstəxanada yanğın baş verib. Nəticədə bir nəfər ölüb.

Xəbər lenti
0