Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya dünyada üçüncü oldu – Yoluxanların sayına görə

© Sputnik / Aleksey Mayshev / Mediabanka keçidУ карантинного центра по коронавирусу в Коммунарке
У карантинного центра по коронавирусу в Коммунарке - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyada COVID-19-a yoluxanların sayı 221 344 nəfərə çatıb.Ölkədə virusdan ölənlərin sayı isə 94 nəfər artaraq 2 009-a yüksəlib. Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 39 801 nəfər sağalıb

BAKI, 11 may — Sputnik. Rusiyada son bir gündə 11 656 nəfərə koronavirus diaqnozu qoyulub.

Sputnik Azərbaycan xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Мальчик в защитной маске, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
Koronavirus yeni forma alıb – İndi uşaqları vurur

Bununla da Rusiyada COVID-19-a yoluxanların sayı 221 344 nəfərə çatıb.Ölkədə virusdan ölənlərin sayı isə 94 nəfər artaraq 2 009-a yüksəlib. Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 39 801 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 6 169.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə Böyük Britaniyanı və İtaliyanı da geridə qoyaraq, dünyada üçüncü olub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 4,1 milyonu ötüb. Bunların 1,5 milyon nəfərdən çoxu sağalıb, 283 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0