Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"Avtoşun sevgilisi": Əfsanənin 50 yaşı tamam olur

© Photo : Courtesy of AvtoVAZАвтомобиль ВАЗ-2101
Автомобиль ВАЗ-2101 - Sputnik Azərbaycan
Abunə olmaq
Ümumilikdə 1988-ci ildə istehsaldan çıxarılanadək təxminən 4,8 milyon "VAZ-2101" ("Jiquli") istehsal olunub.

BAKI, 10 may — Sputnik, Maksim Rubçenko. Apreldə bir çox avtomobil həvəskarları arasında populyar olan əfsanəvi "VAZ-2101"-in ("Jiquli") 50 yaşı tamam olub. 1965-ci ilin ən yaxşı Avropa avtomobili adını daşıyan "FIAT 124"-ün əsasında layihələndirilmiş bu maşın SSRİ-nin yerli bazarında əsl inqilaba səbəb olub və bütün dünyada pərəstişkarlar qazanıb. "Jiquli"nin hekayəsini materialımızda xatırlayırıq.

İnfoqrafika: Dünyada nə qədər avtomobil hərəkət edir - Sputnik Azərbaycan
İNFOQRAFİKA
Harada avtomobildən nə qədər istifadə edirlər

Xalq avtomobili

Sovet hökuməti hələ 1950-ci illərin əvvəllərində əhaliyə minik avtomobili almağa icazə vermişdi, lakin buna az adamın imkanı çatırdı. Satışda yalnız bahalı "Pobeda" və daha əlçatan, lakin sayı az olan "Moskviç" var idi.

Altmışıncı illərin ortalarında xalqın rifahının yüksəldilməsi siyasəti çərçivəsində avtomobil zavodu tikmək və keyfiyyətli xarici nümunə əsasında yaradılmış modelin kütləvi istehsalını başlamaq qərara alındı. Bu, inkişafı sürətləndirməyə, resurslara qənaət etməyə və ixrac imkanlarını açmağa imkan verirdi.

Nümunə kimi xarici model seçimi çərçivəsində "Ford", "Pegeuot", "Renault" və "FIAT" avtomobillərinin hərtərəfli sınaqları həyata keçirilib. Nəticədə seçim Avropada "1965-ci ilin avtomobili" adına layiq görülmüş "FIAT 124" avtomobilinin üzərində dayanıb.

Görünür, burada siyasi motivlər də olub, çünki Kremlin İtaliyanın sosialist hökuməti ilə yaxşı münasibətləri var idi.

Maşının özünə gəldikdə isə o, problemli idi. Dmitrov avtopoliqonunda keçirilmiş yürüşlər zamanı avtomobilin tavanının dirəklərə birləşdiyi yerlərdə çatlar əmələ gəlib, arxa körpünün karteri partlayıb. Onun ön asqısının buferləri sıradan çıxırdı, qum və duz səpilmiş qış yollarında əyləc yastıqları bir neçə yüz kilometrdən sonra metala qədər yeyilirdi.

Buna baxmayaraq, hökumət İtaliya avtomobilini əsas götürüb onu sovet reallıqlarına uyğun olaraq mükəmməlləşdirmək tapşırığını verir. Rusiyalı mütəxəssislər avtomobilin ötürücü qutusunu, ön və arxa asqılarını, əyləclərini yenidən qurdular, onun gövdəsini gücləndirdilər və klirensini artırdılar.

Tesla avtomobili - Sputnik Azərbaycan
Avtomobil deyib keçməyin - Bunlar bütöv bir ölkəni çökdürə bilərlər
Qapı tutacaqları yaralanma təhlükəsini azaltmaq üçün dəyişdirildi, öndə qatlanan oturacaqlar quraşdırıldı. İtaliya avtomobilinin konstruksiyasına səkkiz yüzdən artıq dəyişiklik edildi! Nəticədə Rusiya şəraitində istismara uyğunlaşdırılmış rahat, etibarlı və nisbətən ucuz avtomobil alındı.

Volqanın avtonəhəngi

1966-ci ilin yayında Tolyattidə zavod tikilməyə başladı. Avadanlığı 840-dan çox yerli müəssisə, həmçinin Almaniya, İtaliya, Böyük Britaniya və Fransa şirkətləri təchiz edirdi.

"Volqa" avtomobil zavodu Avropada ən iri zavod oldu: onun sahəsi 600 hektar, əsas korpusun uzunluğu 1400 metr idi. Deyilənə görə, ona baxanda yer səthinin əyriliyini görmək olardı. Zavodun istehsal gücü ildə 600 min avtomobil, işçi heyətinin sayı isə 123 min nəfər idi.

Tikinti üç il yarımdan sonra başa çatdı (plana görə altı il idi). Və artıq 1970-ci ilin aprelində, Leninin yüzilliyi qeyd olunanda sovet avtomobil həvəskarlarının minik maşınları haqqında təsəvvürünü tamamilə dəyişmiş ilk "VAZ-2101" ("Jiquli") avtomobilləri əsas konveyerdən çıxmağa başladı.

Rahat, yaxşı dinamikalı, asan idarə olunan, qənaətcil "Jiquli" tezliklə əsl xalq avtomobilinə çevrildi.

Üzünüzü turşutmayın - "Lada"!

İxrac gözləntiləri də özünü doğrultdu. "VAZ-2101" xarici bazarlara "Lada" adı ilə 1971-ci ildə daxil oldu (İsveç istisna olmaqla. Orada avtomobil VAZ zavod brendi ilə satılırdı).

İxrac olunan avtomobillər qırxa yaxın əlavə yoxlamalardan keçirdi. Qüsurlar aşkar edildikdə onları daxili bazara göndərirdilər. Amma yenə də sovet maşınları Qərb standartlarına çatmırdı, buna görə də Finlandiyada "Konela" şirkətini yaratmışdılar ki, "Jiquli"ləri arzu olunan vəziyyətə gətirib çıxarsın.

"Jiquli"nin Finlandiya versiyaları ümumiyyətlə VAZ-ın konveyerindən çıxan avtomobillərdən daha yaxşı idi. Nəticədə, "Jiquli" beynəlxalq bazarda qiymət və keyfiyyətin mükəmməl nisbəti ilə öyünə bilirdi.

1937 Bugatti Type 57SC  - Sputnik Azərbaycan
Milyon dollar dəyərində olan nadir avtomobillər satılır - FOTOLAR

"Opel Kadett" və "Nissan" kimi o dövr üçün tipik ailə avtomobili olan "Jiquli" azlitrajlı avtomobil qiymətinə satılırdı. Bundan əlavə, avtomobil soyuq havalarda asanlıqla işə salınır və pis yolların öhdəsindən mükəmməl gəlirdi. Ehtiyat hissələri də ucuz idi və sadə konstruksiyası sayəsində avtomobil sahibinin özü lazım olduqda maşını təmir edə bilərdi.

Finlandiyaya ildə on-on beş min "Jiquli" gətirirdilər, bir çoxu oradan digər Avropa ölkələrinə göndərilirdi. Beş il ərzində sovet avtomobillərinin ixracı iki dəfə — 300 min ədədə qədər artdı və bunlar əsasən VAZ maşınları idi.

"Lada-1200" ("VAZ-2101"-in ixrac adı) Kanada, Yeni Zelandiya, Almaniya, Avstriya və İsveçdə yaxşı tanınırdı. Böyük Britaniyaya isə avtomobil sükanı sağda olan modifikasiya ilə göndərilirdi.

Yetmişinci illərin ortalarında "Jiquli" Finlandiyada ən çox satılan maşın oldu. SSRİ dağılan zaman ölkədə 130 mindən çox "Jiquli" var idi. Təəccüblü olsa da, Böyük Britaniyada da bu qədər idi. Ümumilikdə isə 1988-ci ildə istehsaldan çıxarılanadək təxminən 4,8 milyon "Jiquli" istehsal olunub.

Xəbər lenti
0