Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin: "Qələbə Gününə qarşı münasibət daim müqəddəs olacaq"

© Sputnik / Alekseiy Druzhinin / Mediabanka keçidПрезидент РФ Владимир Путин возложил цветы к Могиле Неизвестного Солдата в Александровском саду
Президент РФ Владимир Путин возложил цветы к Могиле Неизвестного Солдата в Александровском саду - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya Prezidenti qeyd edib ki, Qələbənin 75 illiyi, bu qələbə uğrunda əzab çəkən və ona nail olan hər kəsin qarşısındakı borcun tələb etdiyi kimi, geniş və təntənəli surətdə keçiriləcək.

BAKI, 9 may — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi günündə Əbədi məşəl önünə çiçək dəstələri qoyub və veteranlarla bütün rusiyalıları bayram münasibətilə təbrik edib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, Putin Qələbə Gününün mənəvi əhəmiyyətinin daim böyük olacağını, ona qarşı münasibətin isə müqəddəs qalacağını deyib.

“Bu gün – bizim yaddaşımız, qürurumuz, ölkəmizin, hər bir ailənin tarixi, nənə-babalarımızın, ata-analarımızın bizə bəxş etdiyi ruhumuzun bir hissəsidir. Biz bu gün onların taleyinin möhtəşəmliyini daha aydın hiss edir, bizimlə olmayanları yada salır, müxtəlif illərin fotolarında qalan simalarına məhəbbətlə baxır, veteranlarımıza uzun ömür arzulayır, qaliblərin nəsli önündə baş əyirik”, - Rusiya Prezidenti qeyd edib.

Rusiya liderinin sözlərinə görə, onlar Vətənləri üçün haqqı ödənilməyəcək zəhmət çəkiblər. Onlar Vətəni, gələcək nəsillərin həyatını qurtarıblar, Avropanı azad, dünyanı xilas ediblər, şəhərləri və kəndləri bərpa ediblər, möhtəşəm işlərə nail olublar.

“Biz sovet xalqının, müxtəlif millətlərdən olan, çiyin-çiyinə ön və arxa cəbhələrdə döyüşən insanların şücaətinə, qurbanlarına görə sonsuz minnətdarlığımızı bildiririk”, - deyən V.Putin əlavə edib ki, onların mərdliyi, birliyi, ləyaqəti və poladdan möhkəm əzmi qarşısında zaman acizdir. 

Rusiya Prezidenti qeyd edib ki, Qələbənin 75 illiyi, bu qələbə uğrunda əzab çəkən və ona nail olan hər kəsin qarşısındakı borcun tələb etdiyi kimi, geniş və təntənəli surətdə keçiriləcək.

© Sputnik / Alekseiy Druzhinin / Mediabanka keçidRusiya Prezidenti Vladimir Putin Aleksandr bağına gələrək Əbədi məşəl önünə çiçəklər düzüb
Rusiya Prezidenti Vladimir Putin Aleksandr bağına gələrək Əbədi məşəl önünə çiçəklər düzüb - Sputnik Azərbaycan
1/3
Rusiya Prezidenti Vladimir Putin Aleksandr bağına gələrək Əbədi məşəl önünə çiçəklər düzüb

2/3

3/3

“Qırmızı Meydanda əsas paradımız da, nəsillər arasında canlı, qanlı, qırılmaz bağ olan “Ölməz alayın” xalq yürüşü, bizim minnətdarlığımızn yürüşü də olacaq. Bizim veteranlarımız ölümə qarşı, həyat üçün vuruşublar. Biz də hər zaman onların birliyi və mərdliyini özümüzə nümunə götürəcəyik”, - V.Putin deyib.

Qeyd edək ki, bu il koronavirus pandemiyası səbəbilə Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyinə həsr olunmuş bütün təntənəli tədbirlər təxirə salınıb.

Rusiya Prezidenti bildirmişdi ki, mayın 9-u üçün nəzərdə tutulan bütün tədbirlər ilk növbədə veteranlar üçün təhlükəsiz bir zamanda keçiriləcək. Ancaq bir qədər sonra V.Putin Moskva üzərində aviaparadın məhz Qələbə Günü keçiriləcəyini demişdi.

Bu gün V.Putin Aleksandr bağına gələrək Əbədi məşəl önünə çiçəklər düzüb. Qırmızı Meydanın üzərində Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi münasibəti ilə aviaparad keçirilib. Eyni zamanda virtual rejimdə “Ölməz alay” aksiyası keçirilir.

Xəbər lenti
0