Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Yaralarımız daha tez sağalacaq! Rusiya alimləri yeni vasitə yaradıblar

© Sputnik / Vitaliy Timkiv / Mediabanka keçidТест-системы для диагностики нового коронавируса
Тест-системы для диагностики нового коронавируса - Sputnik Azərbaycan
Abunə olmaq
İnnovasiya aerogelinin məsaməli strukturu materialı dərman maddələri ilə doyurmağa imkan yaradır və eyni zamanda nəmin sabit şəkildə udulmasına zəmanət verir.

BAKI, 7 may — Sputnik. Rusiya Elmlər Akademiyasının Ural bölməsinin Arktikanın kompleks öyrənilməsi üzrə Federal Tədqiqat Mərkəzinin mütəxəssisləri yaraların daha sürətli sağalmasına imkan verən yeni vasitə yaradıblar. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Arxangelsk vilayəti hökumətinin rəsmi portalında məlumat verilib.

Тест на коронавирус - Sputnik Azərbaycan
SƏHİYYƏ
İyirmi min könüllü ölümə atıldı – Vaksin naminə

Məlumatda qeyd edilir ki, Rusiya alimlərinin yeni ixtirası Ağ dənizin qəhvəyi yosunlarından və Barents dənizində yaşayan krab və krevetka qabığında olan xitindən alınan alginat əsaslı bir aerogeldir. Bu zaman hər iki komponent bir-birinin fəaliyyətini gücləndirir.

"İnnovasiya aerogelinin məsaməli strukturu materialı dərman maddələrilə doyurmağa imkan yaradır və eyni zamanda nəmin sabit şəkildə udulmasına zəmanət verir. Bu o deməkdir ki, aerogel yeni nəsil yara sarğılarının effektiv komponenti ola bilər", - deyə vilayət hökumətinin saytında bildirilir.

Bundan əlavə, dərman maddələri tədricən və terapevtik dozalarda tibbi sarğıdan sorulduğundan, doza həddinin aşılması ehtimalı sıfıra bərabərdir. Eyni zamanda, bu vasitədən istifadə zamanı yaranın sağalma prosesi normal sarğı ilə müqayisədə daha sürətli və daha effektivdir.

İxtira 2024-cü ilə qədər Rusiyada həyata keçirilməli olan "Elm" Milli layihəsi çərçivəsində yerli ixtiraların və patentlərin sayının artırılması istiqamətində reallaşdırılıb. Ümumilikdə, bu layihənin həyata keçirilməsi üçün 625 milyard rubldan çox vəsaitin ayrılması planlaşdırılır. O, həmçinin ölkədə dünya səviyyəli 15 elmi-təhsil mərkəzinin yaradılmasını, "meqasayens" sinfinin elmi qurğularının istismara verilməsini, elmi və elmi-pedaqoji kadrların hazırlanmasının bütöv sisteminin formalaşdırılmasını nəzərdə tutur.

Xəbər lenti
0