Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin: "Beynəlxalq turizm faktiki olaraq dayanıb"

© Sputnik / Aleksey Druzhinin / Mediabanka keçidRusiya Prezidenti Vladimir Putin
Rusiya Prezidenti Vladimir Putin - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya Prezidenti qeyd edib ki, hələlik koronavirus pandemiyası ilə bağlı ölkədə tətbiq olunan məhdudiyyətlərin nə vaxtdan aradan qaldırılacağını demək tezdir

BAKI, 7 may — Sputnik. Pandemiya şəraitində beynəlxalq turizm faktiki olaraq dayanıb. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin nəqliyyatın inkişafına dair keçirilən iclas zamanı bildirib.

O həmçinin əlavə edib ki, beynəlxalq turizmin əvvəlki səviyyəyə qayıtması üçün vaxt tələb olunacaq: "Rusiya daxili turizmin yaradılmasını sürətləndirməlidir. Yeni istiqamətlər açılmalıdır".

Rusiya Prezidenti qeyd edib ki, hələlik koronavirus pandemiyası ilə bağlı ölkədə tətbiq olunan məhdudiyyətlərin nə vaxtdan aradan qaldırılacağını demək tezdir.

Qeyd edək ki, SARS-CoV-2 koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3,7 milyonu keçib, 254 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0