Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Qonşuda bişər, bizə də düşər - İctimai nəqliyyatda əlcək və maska taxılması məcburi olacaq

© Sputnik / Maksim Blinov / Mediabanka keçidФонари на Охотном ряду и Спасская башня Московского Кремля с вечерней подсветкой, фото из архива
Фонари на Охотном ряду и Спасская башня Московского Кремля с вечерней подсветкой, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Şəhər meri bu qərarı sənaye müəssisələrində və tikinti sektorunda koronavirusla bağlı tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması ilə izah edib.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 7 may — Sputnik. Moskvada ictimai nəqliyyatda əlcək və maskaların taxılması məcburi olacaq. Sputnik Azərbaycan xəbər verir ki, bunu Moskvanın meri Sergey Sobyanin "Rossiya 24" telekanalının efirində bildirib.

Şəhər meri bu qərarı sənaye müəssisələrində və tikinti sektorunda koronavirusla bağlı tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması ilə izah edib.

Медики транспортируют пациента с подозрением на коронавирусную инфекцию в Москве, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiyada bir gündə 11 mindən çox yoluxma qeydə alınıb

"İnsanların böyük əksəriyyətinə işləmək imkanı verməklə biz nəqliyyatdan istifadə edən insanların sayının, bir-biri ilə ünsiyyətdə olan insanların sayının artacağını anlayırıq. Ona görə də biz metropolitendə əlavə özünütəcrid rejimi, daha sərt tələb tətbiq edirik. Bu, ictimai nəqliyyatda əlcək və maskaların taxılmasının məcburi olmasıdır", - deyə Sobyanin qeyd edib.

Moskva meri həmçinin qeyd edib ki, Moskvada koronavirus xəstələrinin sayı aşkar olunandan daha çoxdur.

Moskvanın Baş Nəzarət İdarəsinin rəisi Yevgeni Dançikov isə qeyd edib ki, ictimai nəqliyyatda maska və əlcək taxmamağa görə cərimənin həcmi 5000 rubl (115 AZN), ictimai yerlərdə isə 4000 (92 AZN) rubl olacaq.

Xatırladaq ki, rəsmi məlumata görə, Moskvada 92676 nəfərdə koronavirus aşkarlanıb ki, onlardan da 9227-si sağalıb, 905-i ölüb.

Qeyd edək ki, SARS-CoV-2 koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3,7 milyonu keçib, 254 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0