BAKI, 5 may — Sputnik. Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin hərbçisi Taron Poqsoyan ölüb.
Sputnik Azərbaycan “Novosti Armeniya”ya istinadən xəbər verir ki, onun hansı şəraitdə öldüyü məlum deyil.
1988-ci ildə anadan olan Taron Poqosyanın minaya düşərək öldüyü iddia olunur.
Hadisə ilə bağlı araşdırma aparılır.