Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada koronavirusa yoluxanların sayı 150 minə yaxınlaşır

© Sputnik / Iliya Pitalev / Mediabanka keçidКарантинный центр в Коммунарке
Карантинный центр в Коммунарке  - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyada koronavirusa yoluxanların sayı 150 minə yaxınlaşırRusiyada koronavirusa yoluxanların sayı 150 minə yaxınlaşır

BAKI, 4 may — Sputnik. Bir sutka ərzində Rusiyanın 82 regionunda 10 min 581 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 76 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 145268-ə çatıb.

Rusiyada pandemiya yayılandan 1376 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 1456 nəfər olub. Bununla da bu ölkədə virusdan sağalanların sayı 18095-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3,5 milyonu keçib, 240 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0