Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Koronavirusu araqda gömmək istəyirlər

© Sputnik / Igor ZaremboПосетитель держит бутылку водки в магазине, фото из архива
Посетитель держит бутылку водки в магазине, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyada bir sutka ərzində 10633 nəfərdə koronavirusa yoluxma aşkarlanıb. Bu, pandemiya dövrü ərzində rekord artımdır

BAKI, 3 may — Sputnik. Rusiyada özünütəcrid dövründə alkoqol istehlakı 2-3% artıb və bu, hər yanda bərabər səviyyədədir.

Sputnik Azərbaycan bildirir ki, bunu “Rossiya-24” kanalında Nailə Əsgərzadəyə müsahibəsində Rusiyanın Səhiyyə naziri Mixail Muraşko deyib.

O xatırladıb ki, virus infeksiyası, xüsusilə də koronavirus zamanı alkoqol müalicədə heç bir effekt vermir, çünki immuniteti zəiflədir. Bundan başqa, ürək-damar xəstəlikləri olan pasiyentlərdə alkoqol xroniki xəstəlikləri kəskinləşdirir.

“Bu şəraitdə alkoqol ümumiyyətlə yolverilməzdir. Heç fikirləşməyin ki, 30-50 millilitr alkoqol sizin immunitetinizi gücləndirə bilər”, - nazir deyib.

Xatırladaq ki, Rusiyada bir sutka ərzində 10633 nəfərdə koronavirusa yoluxma aşkarlanıb. Bu, pandemiya dövrü ərzində rekord artımdır. Sutka ərzində COVID-19-dan ölənlərin sayı 58 nəfər olub. 1626 pasiyent sağalıb. Ümumilikdə Rusiyada COVID-19 xəstələrinin sayı 134687 nəfərdir

Xəbər lenti
0