Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada anti-rekord – Koronavirus sürətlə yayılır

© Sputnik / Aleksey Mayshev / Mediabanka keçidУ карантинного центра по коронавирусу в Коммунарке
У карантинного центра по коронавирусу в Коммунарке - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyada COVID-19-a yoluxanların sayı 124 054 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə 57 nəfər artaraq 1 222-yə yüksəlib.

BAKI, 2 may — Sputnik. Rusiyada son bir gündə 9 623 nəfərə koronavirus diaqnozu qoyulub.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Пациент с COVİD-19 в отделение реанимации и интенсивной терапии, фото из архива  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Koronavirus rəhm etmir: yenə ölüm xəbəri

Bununla da Rusiyada COVID-19-a yoluxanların sayı 124 054 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə 57 nəfər artaraq 1 222-yə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 15 013 nəfər sağalıb. Bildirilir ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 5 358.

Qeyd edək ki, Rusiya yoluxma hallarının sayına görə dünyada Türkiyəni də geridə qoyaraq 7-ci sıraya yüksəlib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 402 000-i ötüb. Bunların 1 084 606 nəfəri sağalıb, 239 653 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanınadını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0