Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Xarici ölkə vətəndaşlarının Rusiyaya giriş qadağasının vaxtı artırıldı

© Sputnik Viktor Tolochko / Mediabanka keçidПункт пропуска Редьки-Красная горка на трассе М1 (Минск – Москва) на белорусско-российской границе
Пункт пропуска Редьки-Красная горка на трассе М1 (Минск – Москва) на белорусско-российской границе - Sputnik Azərbaycan
Abunə olmaq
Qeyd edək ki, bir sutka ərzində Rusiyanın 82 regionunda 5 min 841 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Son bir gündə qonşu ölkədə 108 nəfər ölüb.

BAKI, 29 aprel — Sputnik. Rusiya Baş Naziri Mixail Mişustin koronavirusla bağlı vəziyyət normallaşmayana qədər xarici ölkə vətəndaşlarının Rusiyaya girişinə dair qadağanın uzadılacağını bildirib. Sputnik Türkiyə xəbər verir ki, bunu Rusiyanın Baş Naziri koronavirusla mübarizə üzrə Operativ Qərargahın iclasında bildirib.

Mişustin bəzi kateqoriyadan olan xarici vətəndaşlar üçün məhdudiyyətlərin aradan qaldırılacağını bəyan edib.

Qeyd edək ki, bir sutka ərzində Rusiyanın 82 regionunda 5 min 841 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Son bir gündə qonşu ölkədə 108 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 99399-yə çatıb.

Rusiyada 972 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 1836 nəfər olub. Bununla da bu ölkədə virusdan sağalanların sayı 10286-ya çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 milyonu keçib, 214 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0