Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Lavrov: "COVID-19-a görə ÜST-ün günahlandırılması yolverilməzdir"

© Photo : Ministry of Foreign Affairs of the Russian Federation / Mediabanka keçidМинистр иностранных дел России Сергей Лавров
Министр иностранных дел России Сергей Лавров - Sputnik Azərbaycan
Abunə olmaq
Qənaətimizə görə, ÜST böhranın bütün mərhələlərində peşəkar şəkildə davranaraq, vaxtlı-vaxtında lazımi addımları atıb.

BAKI, 27 aprel — Sputnik. Koronavirus pandemiyasına görə bütün günahın Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) üstünə atılması cəhdləri yolverilməzdir. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) tələbələri üçün onlayn mühazirədə bildirib.

"BMT sisteminin xüsusi qurumları müvafiq sahələrdə əməkdaşlıq üçün çoxtərəfli əməkdaşlıq üçün alternativi olmayan mexanizm olaraq qalmaqdadır. Bu tam mənada ÜST-ün fəaliyyətinə də aiddir. Hesab edirik ki, bu təşkilata qarşı hücumlar, baş verənlərə görə bütün günahın onun üzərinə atılması cəhdləri tamamilə qeyri-səmərəli və ədalətsizdir. Qənaətimizə görə, ÜST böhranın bütün mərhələlərində peşəkar şəkildə davranaraq, vaxtlı-vaxtında lazımi addımları atıb. Təşkilat öz məlumat və tövsiyələrini bütün ölkələrə yayıb", - deyə Lavrov vurğulayıb.

Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp ölkəsinin Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) maliyyə yardımını dayandırdığını bəyan edib. Tramp bu addımı təşkilatın pis idarə edilməsinə və koronavirusla bağlı yalan məlumatlar yaymasına görə atıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2,9 milyonu keçib, 206 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0