Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada koronavirusa yoluxanların sayı 68 mini keçdi

© REUTERS / TATYANA MAKEYEVAМедики в костюме биозащиты в Москве, фото из архива
Медики в костюме биозащиты в Москве, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyada 615 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı 677 nəfər olub

BAKI, 24 aprel — Sputnik. Bir sutka ərzində Rusiyanın 82 regionunda 5 min 849 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 60 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 68 622-yə çatıb. 615 nəfər isə COVID-19-dan vəfat edib. Bir sutka ərzində Rusiyada virusdan sağalanların sayı 677 nəfər olub. Bununla da bu ölkədə virusdan sağalanların sayı 5568-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2,7 milyonu keçib, 190 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0